Rusiyadan Azərbaycana gətirilən 639 kq soğan halqası məhv edildi

Rusiyadan Azərbaycana gətirilən 639 kq soğan halqası məhv edildi
SOSİAL
17:51 30.06.2025
298

"Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZXEBER.COM-a verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

OXŞAR XƏBƏRLƏR