Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb

Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
DÜNYA
19:27 05.03.2025
330
Bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq.

Bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev nazirliyin kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya Federasiyası ərazisində qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərin sayı 700 minə yaxın olub.

Nazir qeyd edib ki, həmin miqrantlar aprelin 30-na kimi sənədlərini qaydasına salmalı, hüquqi statuslarını leqallaşdırmalıdırlar.

Kolokoltsev 1,5 min nəfərin qanun pozuntularına görə, Rusiya vətəndaşlığından məhrum edildiyini də söyləyib.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən miqrasiya haqqında qanunvericiliyini sərtləşdirib. Ölkə ərazisində olan qanunsuz miqrantlara bu ilin aprelin 30-dən hüquqi statuslarını leqallaşdırmaq üçün vaxt verilib. Sənədlərini qaydasına salmayan miqrantların mayın 1-dən Rusiyadan çıxarılmasına başlanılacaq.
 
///apa
OXŞAR XƏBƏRLƏR