Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırıldı

Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırıldı
DÜNYA
18:52 16.11.2023
182
Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb.

Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov öz "Telegram” kanalında yazıb.

Vorobyov qeyd edib ki, MDB çərçivəsində keçirilən iclaslarda iştirak etmək üçün Bişkekə yollanan Rusiya nümayəndə heyəti bu məsələni Ermənistan parlamentinin vitse-spikeri qarşısında qaldırıb.

Onun sözlərinə görə, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının zərurəti adı altında Rusiyanın hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb.

Vitse-spiker bildirib ki, Ermənistan parlamentinin təşəbbüsü ilə və Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəzərə alınaraq, Federasiya Şurası rəhbərliyinin birbaşa dəstəyi ilə rus dilində tədris olunan erməni məktəblərinə 50 mindən çox dərsliyin alınması və təmənnasız göndərilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olunub:

"Həmin dərsliklərin 11 noyabrda Ermənistana çatdırılmasına və tələbatın çox olduğu məktəblərdə paylanmasına başlanılıb. Qəribəsi budur ki, erməni həmkarlarımız lazımi dərsliklərin konkret siyahısını özləri bizə göndəriblər. Ermənistan Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırması məni çox təəccübləndirdi”.

Vorobyov, yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb