Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan tankerə hücum edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 tankerinə Türkiyə sahillərindən 80 mil məsafədə hücum edildiyini və Sinop istiqamətində hərəkət etdiyini açıqlayıb.
Dənizçilik Baş İdarəsi sosial media hesabında bildirib: "Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 tankerinə sahilimizdən 80 mil məsafədə hücum edilib. Hazırda 13 heyət üzvü olan gəmi zərər görməyib və kömək istəməyib. Gəmi mühərrikləri ilə Sinop istiqamətində hərəkət edir".
Gülay










































