Rusiyadan İsrailin İrana hücumu ilə bağlı AÇIQLAMA

Rusiyadan İsrailin İrana hücumu ilə bağlı AÇIQLAMA
DÜNYA
13:05 13.06.2025
556
Kremlin sözçüsü Dmitri Peskov İsrailin İrana hücumu ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov İsrailin İrana hücumu ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Rusiya prezidenti Vladimir Putinin İsraillə İran arasında yaşanan gərginliklə bağlı daim məlumatlandırıldığını qeyd edən Peskov, "Rusiya gərginliyin kəskin artmasından narahatdır və bunu pisləyir” deyə bildirib.

Mətbuat katibi Peskov bəyan edib ki, Putinin göstərişi ilə Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda İsrail və İran arasındakı vəziyyətlə bağlı ətraflı açıqlama verəcək.
 
Gülay
OXŞAR XƏBƏRLƏR