Rusiya–İtaliya əlaqələrində ciddi tənəzzül yaşanır və Ukraynaya silah göndərilməsi bu əlaqələr üçün faydalı deyil.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfiri Sergey Razov deyib.
"Təəssüf ki, ikitərəfli əlaqələr ciddi enişdədir və bu, bizdən asılı deyil. 30 diplomatımızın ölkədən çıxarılmasından dolayı təəssüflənirik və yaxın zamanda diplomatik praktikanın tələb etdiyi şəkildə adekvat addımlar atılacaq”, - deyə səfir bildirib.