Rusiyadan Microsoftla bağlı AÇIQLAMA

Rusiyadan Microsoftla bağlı AÇIQLAMA
DÜNYA
14:27 19.07.2024
189
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi qlobal rabitə kəsilməsi səbəbindən ölkənin hava limanlarında heç bir problem olmadığını bildirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya həmçinin baş verən hadisədə Microsoftla bağlı açıqlamalar verib.
 
Açıqlamada ölkədəki hava limanlarında heç bir problem olmadığı bildirilib və əlavə edilib:
 
"Microsoft”la bağlı baş verənlər kritik infrastruktur obyektlərində xarici proqramlar əvəzinə yerli proqram təminatının istifadəsinin vacibliyini bir daha göstərir”.

Ölkənin ən böyük bankı olan Sberbank da açıqlamasında qlobal kommunikasiya kəsilməsinin Bankın fəaliyyətinə təsir etmədiyini bildirib.

Microsoft-a kibertəhlükəsizlik xidmətləri göstərən CrowdStrike-ın yaratdığı qlobal rabitə kəsilməsi səbəbindən ABŞ, Avropa, Asiya və Avstraliyadakı bəzi hava yollarında uçuşlar həyata keçirilə bilməsə də, bəzi ölkələrdə, xüsusilə London Stockda bankın mübadilə əməliyyatlarında problemlər olduğu bildirilib.
 
 Oksana

OXŞAR XƏBƏRLƏR