Rusiyadan NATO-ya - Sərt mövqe

DÜNYA
16:00 05.08.2015
1253

Rusiya Şərqə doğru genişləndirmə siyasi strategiyası fonunda güzəştə getməyən NATO-ya qarşı sərt mövqe nümayiş etdirib.

AZXEBER.COM-un  xanici mətbuata istinadən verdiyi xəbərə görə, Moskva ölkənin qərbində Kalininqradı əhatə edən Qərb Hərbi Bölgəsində yeni bir tank ordusu qurmaq qərarına gəlib. Ordunun dekabrın 1-ə qədər hazır olacağı məlumat verilib. Orduya General Aleksandr Çayko başçılıq edəcək.

Bu məlumat Rusiya qəzeti Moskovskiy Komsomolets-ə Rusiyanın Baş Qərargah Rəisliyindən verilib.

Digər tərəfdən Baş Qərargah Rəisliyindən İTAR-TASS agentliyinə verilən məlumata əsasən hələ ikinci tank ordusunun da qurulacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR