Rusiya Şərqə doğru genişləndirmə siyasi strategiyası fonunda güzəştə getməyən NATO-ya qarşı sərt mövqe nümayiş etdirib.
AZXEBER.COM-un xanici mətbuata istinadən verdiyi xəbərə görə, Moskva ölkənin qərbində Kalininqradı əhatə edən Qərb Hərbi Bölgəsində yeni bir tank ordusu qurmaq qərarına gəlib. Ordunun dekabrın 1-ə qədər hazır olacağı məlumat verilib. Orduya General Aleksandr Çayko başçılıq edəcək.
Bu məlumat Rusiya qəzeti Moskovskiy Komsomolets-ə Rusiyanın Baş Qərargah Rəisliyindən verilib.
Digər tərəfdən Baş Qərargah Rəisliyindən İTAR-TASS agentliyinə verilən məlumata əsasən hələ ikinci tank ordusunun da qurulacağı gözlənilir.