Rusiya Xarici İşlər Nazirliyi Qəzzə zolağında aclığın rekord səviyyəyə çatdığını bildirərək İsrailə atəşi dayandırmaq və humanitar yardımın çatdırılması üçün təcili tədbirlər görməyə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunub ki, 22 avqustda açıqlanan yeni hesabatda aclığın sentyabrın sonunadək Xan Yunis və Deir əl-Bələh bölgələrinə də yayılacağı bildirilib. Hazırda 132 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir, onlardan 41 mini isə artıq ciddi aclıqdan əziyyət çəkir.
Rusiya tərəfi İsrailə vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq, humanitar yardımların maneəsiz çatdırılmasını təmin etmək üçün təcili addımlar atmağı tövsiyə edib.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Qəzzədəki humanitar böhranı aradan qaldırmağa yönəlmiş yeni qətnamə üzərində işlədiyi və Moskvanın bu sənədin qəbulunu gözlədiyi vurğulanıb.
Oksana