Rusiya ilə Ukrayna arasında müharibə bir ildən artıqdır davam edərkən, narahatlığa səbəb olan addım Rusiya donanmasından gəlib.
Rusiya Müdafiə Nazirliyi bu gün Rusiya donanmasının Yapon dənizində keçirdiyi təlimdə ağır silahlarından istifadə etdiyini açıqlayıb. Nazirliyin rəsmi Telegram hesabından verilən açıqlamada və paylaşılan görüntülərdə döyüş gəmilərinin sınaq atəşi açdığı görünür.
"Sakit Okean Donanması bu gün Yapon dənizindəki saxta düşmən hədəflərinə Moskit idarə olunan raketləri atıb", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, 100 kilometr uzaqlıqdakı hədəflər iki Moskit raketi ilə uğurla vurulub.
Səsdən sürətli gəmi əleyhinə raketlər kimi tanınan raketlər P-270 Moskit raketləri kimi tanınır və NATO tərəfindən SS-N-22 Sunburn adlandırılır. Sovet istehsalı olan orta mənzilli səsdən sürətli idarə olunan raket 120 kilometr məsafədəki hədəfləri vura bilir.
Bölgədə narahatlıq yaradan raket sınağı ilə bağlı Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi atışmaların heç bir zərər vermədiyini açıqlayıb.
Ayşən