"Belə hadisələr davam edəsə, Rusiya Silahlı Qüvvələri Kiyevə zərbələr endirəcək”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov deyib.
İqor Konaşenkov Ukrayna ordusunun Rusiya torpaqlarında təxribat törətdiyini və obyektləri bombalamağa cəhd etdiyini bildirib:
"Biz Ukrayna qoşunlarının Rusiya ərazisindəki obyektlərə təxribat və hücum cəhdlərini görürük. Belə hadisələr davam edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevi vuracaq”, deyə Konaşenkov bildirib.
Konaşenkov həmçinin qeyd edib ki, Rusiya ordusu Ukrayna ordusuna məxsus 36 hərbi obyekti yüksək dəqiqlikli raketlərlə məhv edib.
Aydın