"Rusiyadan sonra hədəfləri bizik" - Lukaşenko

"Rusiyadan sonra hədəfləri bizik" - Lukaşenko
DÜNYA
15:44 03.03.2022
729
Aleksandr Lukaşenko Belarusun yalnız öz torpaqlarında döyüşəcəyini açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, Belarusiya prezidenti bunu martın 3-də Minskdə dövlət tədbirində çıxış edərkən söyləyib:

"Bilməlisiniz ki, ən qiymətli şey siz və övladlarınızdır. Mən bilirəm ki, bu uşaqlar dinc, işıqlı səma altında yaşamalıdırlar. Görürsünüz ki, onlar bizi Ukraynadakı müharibəyə sövq etmək istəyirlər. Bu sadəcə bizi müharibəyə çəkmək istəyən qüvvələrin oyunudur".

Lukaşenko deyib ki, Qərbin planı Rusiyadan sonra Belarusiyanı hədəfə çevirməkdir:

"Birinci hədəf Rusiyadır. Sonra bizi hədəfə çevirəcəklər. 2020-ci ilin avqustunda prezident seçkilərində olduğu kimi yenidən başlayacaqlar. Biz onların planlarını anlayırıq. Bununla bağlı kifayət qədər məlumatımız da var". 

Qeyd edək ki, bir müddət əvvəl Belarusiyanın da müharibədə iştirak etməsi ilə bağlı məlumatlar yayımlanmışdı. Hətta bir sıra Avropa ölkəsi Belarusiyanın mövqeyinə görə, sanksiyalar da tədbiq edib. 
OXŞAR XƏBƏRLƏR