Rusiyadan Zelenskinin yeni təyinatına REAKSİYA

Rusiyadan Zelenskinin yeni təyinatına REAKSİYA
DÜNYA
15:50 09.02.2024
211
Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş Qərargah rəisi təyin etdiyi Oleksandr Sırskiyə reaksiya verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın yeni Baş Qərargah rəisi Aleksandr Sırski Rusiyada anadan olub və Moskvada hərbi məktəbdə təhsil alıb.
    
Rusiyanın keçmiş prezidenti və Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Rusiya əsilli yeni Baş Qərargah rəisini "satqın” adlandırıb.

58 yaşlı Sırskinin bir çox sinif yoldaşları hələ də Rusiya ordusunda yüksək rütbələrdə xidmət edirlər.

Medvedev Sırski haqqında belə deyib:
 
"Keçmişinə baxanda nifrət və ikrah hissi yaranır. O, bir vaxtlar Sovet Rusiyasının məmuru olub, indi isə Bandera xaini olub. Andını pozaraq nasistlərə xidmət edir".

Medvedev həmçinin iddia edib ki, Ukrayna nə etsə də, Rusiyanın xüsusi hərbi əməliyyatda qələbəsinin qarşısını ala bilməz.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR