Rusiyadan ''YouTube''a xəbərdarlıq!

DÜNYA
07:51 19.09.2012
1668
Rusiyada “YouTube” saytına giriş qadağan oluna bilər.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov öz “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, artıq Rusiyada “Twitter” istifadəçiləri bu məsələ ilə bağlı geniş müzakirələrə başlayıblar.
Nazir “YouTube” saytına girişin “Müsəlmanların məsumiyyəti” adlı qalmaqallı filmə görə qadağan oluna biləcəyini söyləyib: “Zarafat bir yana, amma bu kinoya görə noyabrın əvvələrində Rusiyanın bütün ərazilərində “YouTube” xidmətinə giriş qadağan oluna bilər. Əgər məhkəmənin müvafiq qərarı olsa və “YouTube” filmi çıxarmasa, onda bu video portala giriş bağlanacaq. Əminəm ki, hər şey yaxşı olacaq və məhkəmə filmin oradan çıxarılmasına qərar verəcək”.

OXŞAR XƏBƏRLƏR