Rusiyalı aktyor Artur Smolyaninov haqda qiyabi həbs qərarı verilib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, qalmaqallı aktyor "Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması” və "Rusiya Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı bilə-bilə yalan məlumatların açıq şəkildə yayılması” maddələri ilə ittiham olunur.
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Artur Smolyaninovu xarici agent kimi tanıyıb və onu 10 ilə qədər həbs gözləyir.
Aysel