Rusiyalı deputat Quranın yandırılmasından danışdı - “Terrora səbəb ola bilər”

Rusiyalı deputat Quranın yandırılmasından danışdı - “Terrora səbəb ola bilər”
DÜNYA
20:12 21.08.2023
226
Rusiya Müdafiə Dumasının deputatı Adalbi Şaqoşev Avropada xüsusən də İsveçdə "Qurani-Kərim”in  yandırılmasının terror aktına səbəb ola biləcəyini söyləyib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin Haaqadakı səfirliyi və Stokholmdakı İran səfirliyi qarşısında Qurani-Kərimə qarşı edilən hücumları dəyərləndirən Şaqoşev Avropada terror xaosunun ola biləcəyini vurğulayıb.

Rusiya Dövlət Dumasının daha əvvəl Qurana zidd hərəkətləri pisləyən bəyanatı qəbul etdiyini xatırladan Şaqoşev İsveçin, hətta bütün Avropanın sürüklənməməsi üçün dünyanın digər parlamentlərinin də rəsmi bəyanatla bu cür hərəkətləri pisləməli olduğunu bildirib:

"Əgər dünya parlamentləri Dumanı nümunə götürsələr və İsveç hökumətinin hərəkətlərini rəsmən pisləsələr, bu, belə hərəkətlərə icazə verilən ölkələri terror təhlükəsindən xilas edə bilər”, - deyə Şaqoşev qeyd edib. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR