Rusiyalı deputat rusları homoseksual adlandırdı

DÜNYA
20:01 14.04.2014
1085
Rusiyanın Çelyabinsk vilayətində deputat, “İşgüzar Rusiya” hərəkatının regional şöbəsinin rəhbəri Konstantin Zaxarovun iclasda rusiyalılar haqqında dedikləri məhkəmə predmetinə çevrilib.ANS PRESS-in məlumatına görə, əmək miqrantları üçün giriş kvotalarının tətbiq edilməsinin əleyhinə çıxış edən Konstantin Zaxarov deyib: "Ruslar ayda 7-9 min rubl maaşa işləmək istəmirlər. Ümumiyyətlə, ruslar yalnız özləri üçün yaşayırlar, pis işləyirlər, tez-tez içirlər və qərb dəyərlərini, xüsusilə, bağışlayın məni, onların homoseksuallığını qəbul edirlər", - deyə deputat vurğulayıb.Bu sözlər jurnalistləri və fəalları əsəbiləşdirib. Onlar Çelyabinsk vilayətinin qubernatoru Boris Dubrovskini əsil "rus qubernator" sayıblar, yerli əhalinin işsizlik problemini həll etmək üçün onun miqrantların girişinə kvota tətbiq etməsini alqışlayıblar. Həmçinin Zaxarovu "homoseksuallıq"la bağlı dediklərinə görə məhkəməyə veriblər.Çelyabinsk vilaətinin müstəntiqləri deputat Konstantin Zaxarovun rus vətəndaşlar barədə dediklərini "mənfi tənqidi çıxış" kimi qiymətləndiriblər. Amma həm də qeyd ediblər ki, Zaxarovun sözlərində "hansısa cinayət əlaməti yoxdur" və cinayət işi qaldırmaq üçün səbəb də yoxdur.
OXŞAR XƏBƏRLƏR