Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir”

Rusiyalı ekspert: “Ermənistanın Gəncədəki dinc əhalini atəşə tutması hərbi cinayətdir”
DÜNYA
20:04 12.10.2020
943
"Ermənistanın Gəncədəki dinc insanları atəşə tutması atəşkəs razılaşması əldə edildikdən sonra törədilən hərbi cinayətdir. Bunlar siyasi və ya hərbi-siyasi rəhbərliyin təsdiqinin tələb olunduğu uzaqmənzilli raket zərbələridir. Yəni bu qərarı ya Nikol Paşinyan, ya da Ermənistan müdafiə naziri Tonoyan verə bilərdi”.

Bunu "Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Paşinyan bundan xəbərsiz idisə və belə əmr verməyibsə, sual yaranır: o, ümumiyyətlə, silahlı qüvvələrdəki vəziyyətə nəzarət edirmi?! İş ondadır ki, raket zərbələri endirmək barədə qərar verərkən bir sıra mərhələlərdən keçmək lazımdır. Yəni bu, döyüş meydanında qəbul edilməyən prosedurdur. Bu səbəbdən də kimin belə əmr verdiyini aydınlaşdırmaq, eləcə də Gəncəyə raket hücumu edilməsini əmr edən erməni siyasətçilərin və ya hərbçilərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi məqsədilə beynəlxalq mexanizmlərdən istifadə etmək lazımdır”, - o bildirib.

Ekspert həmçinin Rusiyanın münaqişənin həllindəki roluna da münasibət bildirib: "Rusiyanın rolu yalnız sabitləşdiricilikdir. Rusiya tərəflər arasında danışıqlar mümkün olan kimi Moskvada görüş təşkil etmək, danışıqlar üçün şərait yaratmaq, atəşkəs haqqında razılaşma imzalamaq üçün hər şeyi etdi. İndi isə, görünür, sabitləşmə üzrə siyasi paket hazırlanacaq”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktybarın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 dinc sakin həlak olub, 34 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…