Rusiyanın gənclərdən ibarət "Əmək nişanları” futbol komandasının üzvü Nikita Sidorov matç zamanı vəfat edib.
Bu barədə ölkə KİV-i məlumat yayıb.
Yayılan məlumatlara əsasən, hadisə Orexovo-Zuyevo şəhərində, "Torpedo” klubunun stadionunda baş verib.
Mərhumun ölümünün ani olduğu, həkimlərin köməyə çatmadığı bildirilib. Ölümün ilkin səbəbi kimi beyin damarlarının anevrizmi göstərilib.
N.Sidorovun 18 yaşında olduğu qeyd edilib.