Milli Hokkey Liqasında (NHL) "Vaşinqton"un formasını geyinən Aleksandr Oveçkin anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb.
39 yaşlı rusiyalı hokkeyçi klubun mətbuat xidmətinin keçirdiyi sorğunu cavablandırarkən belə deyib.
Qeyd edək ki, NHL-də rekordları alt-üst edən Aleksandr Oveçkinin anası Tatyana Oveçkina tanınmış basketbolçu olub. O, SSRİ yığmasının tərkibində ikiqat Olimpiya (1976, 1980), dünya (1975) və 6 qat Avropa (1970, 1972, 1974, 1976, 1978, 1980) çempionu olub.