Bu il 26 mayda Kiyevin "Olimpiya” stadionunda Çempionlar Liqası turnirinin final görüşü keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Ukrayna rəsmiləri 2014-cü il hadisələrindən sonra Krımı, həmçinin, qondarma Donetsk Xalq Respublikası və Luqans Xalq Respublikasını ziyarət edən rusiyalı jurnalistləri ölkəyə buraxmayacaqlarını bildiriblər. Onlar final oyununu canlı izləyə bilməyəcək.
Ukraynalılar bununla bağlı UEFA-ya məlumat veriblər.