Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

İDMAN
20:29 27.10.2022
426
Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Təcrübəli forvard "Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.
OXŞAR XƏBƏRLƏR