Rusiya millisinin və "Rostov" klubunun qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Qarabağ"ın qapıçısı Andrey Lunyovun Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada "Bayer 04" ilə görüşdə 5 qol buraxmasına münasibət bildirib.
"63 yaşlı mütəxəssis iki klub arasında səviyyə fərqinin böyük olduğunu söyləyib.
Kafanov 31 yaşlı qolkiperin yalnız sonuncu qolda səhv etdiyini vurğulayıb: "Əlbəttə, 5 qol çoxdur. Amma matça baxsanız, Lunyovu qınamağa dəyməz. Beşinci qol isə qarşılaşmanın gedişatına təsir etmədi. Qapıçı orada daha yaxşı oynaya bilərdi".
Qeyd edək ki, "Qarabağ" səfərdə "Bayer 04"ə 1:5 hesabı ilə uduzub.
///report