Dağıstanın Mahaçqala şəhərində rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə hücum edən iki şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bunu TASS-a Dağıstanın idman naziri Sacid Sacidov deyib.
Bildirilir ki, baş vermiş fakt üzrə sağlamlığa ağır zərərvurma barəsində cinayət işi qaldırılıb.
İyulun 16-da iki naməlum şəxs Xizriyevə hücum edərək ona travmatik tapançadan atəş açıb. MMA döyüşçüsü xəstəxanaya yerləşdirilib.
Hücuma səbəb kimi onun avtomobilə olan borcu göstərilir. Zərərçəkmiş pulu qaytaracağına söz verib, lakin sonradan avtomobil sahibi bunun çox vaxt aparacağına qərar verib. Danışıq cəhdləri nəticəsiz qalıb, bundan sonra cinayətkarlar cinayəti törədiblər.
/Oxu.Az