Rusiyalı model İrina Şeyk Ukraynaya ianə çağırışı edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, dünyaca məşhur rus model İrina Şeyk Rusiyanın Ukraynaya hücumuna reaksiya verərək Ukrayna xalqı üçün ianə çağırışı edib.
Rusiyada doğulan 36 yaşlı model sosial şəbəkədə verdiyi açıqlama ilə Ukraynaya dəstək olub.
İrina Şeyk "müharibəyə yox” deyərək , UNICEF və Ukrayna Qızıl Xaç Cəmiyyətinə ianə verdiyini bildirib.
Məşhur model izləyicilərindən bacardıqca ianə vermələrini istəyib.
Ayşən Mirzəyeva