Rusiyalı müğənni Azərbaycan mahnısını oxudu, adını dəyişdirdi - VİDEO

Rusiyalı müğənni Azərbaycan mahnısını oxudu, adını dəyişdirdi - VİDEO
MAQAZİN
12:24 10.01.2024
294

Əslən Dağıstanlı olan rusiyalı müğənni Kristina, azərbaycanlı bəstəkar, Xalq artisti Elza İbrahimovanın mahnısını ifa edib.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, müğənni 1982-ci ildə yazılan və sözləri Dəmir Gədəbəyliyə, musiqisi isə Elza İbrahimovaya məxsus olan "Sən yadıma düşəndə” mahnısını səsləndirib.

8 ay öncə ifasını "youtube” kanalına yerləşdirən ifaçı müəllif hüquqlarını pozaraq mahnının adında dəyişilik edib. Müəlliflərin qeyd edilməsinə baxmayaraq, mahnının adı "Днём и ночью” olaraq dəyişdirilib.

Xatırladaq ki, 1982-ci ildə yaranan mahnını ilk dəfə Xalq artisti Elmira Rəhimova ifa edib.

Aysel

 

OXŞAR XƏBƏRLƏR