Rusiyada müdafiə xərcləri dövlət büdcəsinin 32,5 faizinə çatıb.
Bunu Rusiya müdafiə naziri Andrey Belousov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasında bildirib.
"Artıq bu gün milli müdafiə xərcləri ÜDM-in 6,3 faizini, dövlət büdcəsinin 32,5 faizini təşkil edir", - o vurğulayıb.
A.Belousov, həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələrində yeni qoşun növü - "pilotsuz sistemlər qoşunları" formalaşdırılacaq. Bu proses 2025-ci ilin üçüncü rübündə başa çatacaq.
///apa