Rusiyalı nazir: Müdafiə xərclərimiz dövlət büdcəsinin 32,5 faizini təşkil edir

Rusiyalı nazir: Müdafiə xərclərimiz dövlət büdcəsinin 32,5 faizini təşkil edir
DÜNYA
19:27 16.12.2024
194
Rusiyada müdafiə xərcləri dövlət büdcəsinin 32,5 faizinə çatıb.

Bunu Rusiya müdafiə naziri Andrey Belousov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasında bildirib.

"Artıq bu gün milli müdafiə xərcləri ÜDM-in 6,3 faizini, dövlət büdcəsinin 32,5 faizini təşkil edir", - o vurğulayıb.

A.Belousov, həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələrində yeni qoşun növü - "pilotsuz sistemlər qoşunları" formalaşdırılacaq. Bu proses 2025-ci ilin üçüncü rübündə başa çatacaq.
 
///apa
OXŞAR XƏBƏRLƏR