AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, nənələr Bakıdakı şouya hazırlıqla yanaşı, dil bilgilərini də artırır. İngilis dilində söz ehtiyatlarını artırmaqda olan qrup uzvləri Bakıya gəlməzdən əvvəl həm də Azərbaycan dilində bəzi kəlməri öyrənmək istəyirlər."Rossiya" telekanalına müsahibə verən Eurovison Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand deyib ki, hər kəsin nənəsi olub və var, ona görə də bu müsabiqədə müəyyən sayda şəxslər nənələri sevəcək. Yan Ola Sand bu baxımdan nənələrin şanslarını yüksək qiymətləndirib.