Rusiyalı oliqarx faciəvi şəkildə öldü

Rusiyalı oliqarx faciəvi şəkildə öldü
DÜNYA
12:06 27.12.2022
251
Rusiyalı iş adamı Pavel Antov otelin pəncərəsindən yıxılaraq ölüb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, nəhəng kolbasa şirkətinin sahibi, 65 yaşlı rusiyalı iş adamı Pavel Antov Hindistanda lüks otelin pəncərəsindən yıxılaraq ölüb. Bildirilib ki, o, Rayaqada yerləşən otelinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimala görə Antov dekabrın 22-də həmin oteldə vəfat edən dostu Vladimir Bıdenovun ölümü ilə əlaqədar depressiyaya düşüb və intihar edib. Bıdenov da öz otağında huşsuz vəziyyətdə və yanında bir neçə boş şərab şüşəsi ilə tapılıb. Onun infarkt keçirdiyi bildirilir.

Qeyd edək ki, evli və bir uşaq atası olan Antov illik 157 milyon dollar gəlir əldə edirdi.
 
Günel

 


OXŞAR XƏBƏRLƏR