Rusiyalı politoloq: “Ermənistan Rusiya ilə ən son əlaqələrini məhv etdi”

Rusiyalı politoloq: “Ermənistan Rusiya ilə ən son əlaqələrini məhv etdi”
DÜNYA
11:50 12.10.2020
1485
"Ermənistan açıq şəkildə heç bir barışıq, heç bir atəşkəs istəmədiyini söyləyir. Onlar müharibənin davam etməsini istəyirlər. Döyüşlər heç dayanmayıb da. Dünən atəşkəs elan olunan kimi, Etmənistan Azərbaycanın irəliləməyi dayandırmasını fürsət bilərək bəzi mövqeləri geri qaytarmağa çalışdı. Şübhəsiz ki, terror aktı olan Gəncə şəhərinin raket atəşinə tutulması ilə Ermənistan sülh istəmədiyini göstərdi”.
 
Bu fikirləri "Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində "Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş analitiki Andrey Petrov deyib.
 
"Azərbaycan həqiqətən də dünən Ermənistana hər şeyi sülh yolu ilə həll etmək üçün son şansı verdi, çünki Azərbaycan ordusu daha güclü döyüş mövqeyində idi, irəliləməyə davam edirdi və şübhəsiz, ayın sonuna qədər Ermənistan sadəcə təslim olmaq məcburiyyətində qalacaqdı. Azərbaycan şənbə gününə keçən gecə atəşkəsə razılaşmaqla sülhə doğru böyük addım atdı və bununla da Ermənistan əlavə itkilər verməkdən qaça bilərdi. Gəncəyə raket zərbələri endirilməsi isə Ermənistanın hərbi əməliyyatların davam etməsini istədiyini göstərir. Odur ki, yaxın zamanlarda müharibənin yenidən tam əsasda bərpa olunacağını düşünürəm. Ermənilərin axacaq qanına görə məsuliyyəti də belə terror aktına gedən Ermənistan rəhbərliyi daşıyacaq”, - o bildirib.
 
A.Petrov həmçinin Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket hücumlarına da münasibət bildirib: "Şübhəsiz ki, Azərbaycan şəhərlərini məhz Ermənistan ərazisindən atəşə tutmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik etməyə və bununla da özünü təcavüzə məruz qalmış göstərərək KTMT və Rusiyaya müraciət etməyə hüquqi zəmin yaratmağa çalışır”.
 
"Ermənistan rəhbərliyinin Rusiya rəhbərliyinə göstərdiyi ən son təsirlər bu artıq yoxdur. Ermənistan özünü yalnız danışıq aparılması mümkün olmayan tərəf kimi yox, həm də terrorçu kimi göstərdi. Rusiya terrorçularla heç bir danışıq aparmır. Ermənistan Rusiya ilə ən son əlaqələrini də məhv etdi”, - ekspert söyləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb