Rusiyalı politoloq: "Gəncəyə raket zərbəsi təxribatdır"

Rusiyalı politoloq: "Gəncəyə raket zərbəsi təxribatdır"
SİYASƏT
19:57 12.10.2020
958
"Ermənistanın Gəncəni raket atəşinə tutması açıq-aşkar təxribatdır, dinc şəhərin mərkəzinə barbar, mənfur hücumdur”.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a rusiyalı politoloq Sergey Markov bildirib.

"Bir tərəfdən atəşkəs, barışıq Ermənistana sərf edir, çünki onlar müharibəni uduzur. Azərbaycan irəliləyərək tədricən onların müdafiəsini yarır. Bəlkə də, bunda nəsə bir vəhşi kin-küdurətin şüurdan, məntiqdən kənar təsiri var. Bəlkə də, Ermənistan ərazisindən zərbə endirməklə Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik etmək istəyirlər ki, Rusiya da bu məsələyə qarışsın. Yaxud, ola bilsin, Paşinyanın rəqibləri atəşkəsi pozmaq istəyirlər ki, Azərbaycan hücuma keçsin, hərbi məğlubiyyətlər Paşinyanın nüfuzunu çökdürsün, onu devirsinlər”, - deyən ekspertin fikrincə, bu variantlardan hansının doğru olduğu daha sonra bəlli olacaq: "Şəxsən mən ikinci variantı daha məntiqli hesab edirəm. Yəni Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik edib sonra Rusiya rəhbərlərinin yanına qaçıb şikayət etmək istəyirlər”.

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarələrlə Ermənistana silah daşınmasına dair KİV-dəki xəbərləri şərh edən politoloq Ermənistanın silah qıtlığı ilə üzləşdiyini vurğulayıb: "Müharibə başlayandan Ermənistan ordusunun bu döyüş əməliyyatlarına o qədər də hazır olmadığı üzə çıxdı”.

"Ermənistan KİV-lərinin özü də yazırdı ki, 18 yaşlı gəncləri lazımi silah-sursatla təmin etmədən döyüşə göndərirlər. Odur ki, onların silahlara, hərbi texnikaya kəskin ehtiyacları var. Məncə, hərbi avadanlığın bir hissəsi mülki təyyarələrlə gətirilə bilər, lakin Rusiya FHN-in təyyarələri olması ağlabatan deyil. Adətən ayrı-ayrı şirkətlərdən adi mülki təyyarələr icarəyə götürülür. Yəni onlar da belə mülki təyyarələrlə gətizdirə bilərdilər”, - S.Markov əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada helikopter qəza enişi etdi
17:54 27.06.2025
Rusiyada helikopter qəza enişi etdi
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...