Rusiyalı politoloq: "Paşinyanın sonu yaxınlaşır"

Rusiyalı politoloq: "Paşinyanın sonu yaxınlaşır"
DÜNYA
19:29 21.05.2020
1361

"Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlardakı addımlarını başa düşmək çox çətindir. Belə ki, münaqişəni daha da qızışdırmaq istəməyən dövlət başçılarının tanınmamış qurumun başçılarının "andiçmə” mərasiminə gəlməyəcəkləri əvvəlcədən bəllidir”.

Bu fikirləri "Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı qondarma qurumun başçısı Arayik Harutyunyanın "andiçmə”sinə gəlmək niyyətini şərh edərkən dilə gətirib:

"Fikrimcə, Nikol Paşinyan Qarabağdakı klanı yola gətirərək öz kürsüsünü qorumağa çalışır. Qarabağdakı dəstə Paşinyanla birgə gələn siyasətçilərin son vaxtlar Azərbaycan ərazilərini azad etməklə bağlı məsələni daha çox gündəmə gətirən Rusiya ilə qarşıdurmaya getdiklərini görür. Paşinyan etdiyini edir və etdikləri də tam mənasızdır. Bakının hansısa mənfi addımına ümid edirsə, gülüncdür, çünki Bakıda Paşinyanın kim olduğunu artıq anlayırlar. Məncə, bunu Bakı ilə Yerevanı toqquşdurmaq cəhdi kimi qavramaq lazım deyil.

Toqquşma çoxdandır gedir, Bakıda Ermənistanın müasir rəhbərlərinə dair fikir artıq yaranıb. Məncə, bunlar daha çox mümkün qədər mövqeyini qorumaq istəyi ilə bağlıdır. Paşinyanın sona yaxınlaşdığı göz qabağındadır. Mövcud iqtisadi tənəzzül də, koronavirusa qarşı görülən tədbirlər də, Rusiya ilə münasibətlərin kəskin soyuması da xalqın narazılığına səbəb olur”.

Ekspertin fikrincə, Rusiyasız Paşinyan da, bütövlükdə Ermənistan da hər şeylərini, o cümlədən dövlətçiliyi də itirəcəklər: "Bütün səyləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəltməyin zəruri olduğu, Rusiyanın da mərhələli planı irəli sürdüyü bir vaxtda Paşinyan bütün bunları, o cümlədən Moskvanın mövqeyini də qulağardına vurur. Moskvada belə bir davranışı bəyənəcəkləri ağlabatan deyil, amma Paşinyanın, deyəsən, bunlar vecinə deyil. Moskva ona bir çox məsələlərdə səhv etdiyinə dair çoxdandır mesaj göndərib”.

"Paşinyanın bu kimi hərəkətlərinin axırı yoxdur. Ermənistan dalana dirənib. Artıq çarəsiz qalan ətrafdakı qonşular hazırkı böhrandan çıxmağın yollarını göstərsələr də, Ermənistan "ulu və qədim” olduğuna inandığı üçün hamıya şərt qoya biləcəyini zənn edir. Amma səhv edirlər və zaman kimin haqlı olduğunu göstərəcək”, - Y.Mixaylov deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
16:36 03.07.2025
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!
16:22 03.07.2025
"Park Yasamal"da yaşayışa hazır, tam təmirli mənzillər satışa çıxdı!