Rusiyalı terrorçu ölkəsinə ekstradisiya edildi

Rusiyalı terrorçu ölkəsinə ekstradisiya edildi
DÜNYA
11:11 26.07.2024
186
Rusiyanın paytaxtı Moskvada 2 nəfərin yaralandığı bombalı hücumda şübhəli bilinən şəxs ölkəsinə ekstradisiya edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya İnterpolu tərəfindən Moskvadakı hücumda şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebriakovun Türkiyə Muğla Polis İdarəsində istintaqı tamamlanıb.

Rusiyalı terrorçu Bodrum Milas Hava Limanından Rusiya İnterpol Birliyinin əməkdaşlarına təhvil verilib və təyyarə ilə ölkəsinə göndərilib.

Polis bölməsindəki ifadəsində 2 nəfərin yaralandığı hücumda rusiyalı terrorçunun bombanı pul qarşılığında vasitəyə qoyduğunu etiraf etdiyi öyrənilib.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada park edilmiş avtomobildə baş verən partlayışda biri hərbi kəşfiyyatçı olan iki nəfər yaralanıb.

Gülay
OXŞAR XƏBƏRLƏR