Rusiyalıların Ukraynaya girişi üçün viza rejimi tətbiq oluna bilər: Petisiya 25 min imza topladı

Rusiyalıların Ukraynaya girişi üçün viza rejimi tətbiq oluna bilər: Petisiya 25 min imza topladı
DÜNYA
11:01 02.05.2022
382

Rusiya Federasiyası vətəndaşlarının Ukraynaya daxil olması üçün viza rejiminin yaradıla bilər.

Ukrayna Prezidentinin saytında yer alan məlumata görə, 2 may tarixində səhər saatlarında petisiya tələb olunan 25 min səsdən 25 min 102 səs toplayıb.

"Ukrayna ərazisinə daxil olmağa cəhd edən Rusiya Federasiyası vətəndaşları üçün viza rejimi tətbiq edilsin”, – deyə müraciətin mətnində bildirilir.

İndi petisiya baxılması üçün prezident Volodimir Zelenskiyə təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR