Rusiyanı gözləyən iqtisadi fəlakət: Rubl dəyərdən düşür, məhsullar bahalaşır

Rusiyanı gözləyən iqtisadi fəlakət: Rubl dəyərdən düşür, məhsullar bahalaşır
MANŞET
15:38 17.03.2022
1750
Rusiyanın sosial vəziyyəti günü-gündən daha da ağırlaşır.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyənin "Hürriyət" qəzeti Rusiyanı gözləyən iqtisadi fəlakətlə bağlı araşdırma aparıb. 
 
Yazıda qeyd olunur ki, ABŞ və Avropa Birliyinin sanksiyalarına görə dünyadan təcrid olunan Rusiyada məhsullar bazardan çəkilməyə başlayıb, rubl tədricən dəyərini itirir, əsas ərzaq məhsullarının qiymətləri isə günü-gündən daha da artır.
 
Belə ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edərkən Qərb ölkələri iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəldi və məşhur brendlər bir-bir ölkəni tərk etməyə başladı.
 
Putinin hücum qərarı Rusiyanın pul vahidi rublun dollar qarşısında sürətlə ucuzlaşmasına səbəb olub.
 
Təhlükəsizlik məqsədilə soyadını gizli saxlayan 40 yaşlı Veronika "Hürriyyət”ə açıqlama verərək, sanksiyaların ölkəyə necə təsir etdiyini belə izah edib:
 
"Təbii ki, qiymətlər hər gün dəyişir. Rublun ucuzlaşması ilə əsas ərzaq məhsullarında mənim hesablamalarıma görə 20 faiz artım var. Ən yüksək qiymət artımı dünənə kimi xarici şirkətlərin istehsal etdiyi gigiyena məhsullarıında olub. Bu kateqoriya üzrə qiymət artımı 50 faizə çatıb. Mən şəxsən Rusiyada əsas ərzaq məhsullarının qıtlığını gözləmirəm. Ancaq tezliklə hiperinflyasiya ilə qarşılaşacağıq. Ümid edirəm ki, biz birtəhər sağ qalmağı bacaracağıq”.
 
Dövlətin rəsmi statistika qurumu da Rusiyada son 20 gündə ən yüksək qiymət artımı aviabiletlərdə qeydə alındığını bildirib.
 
Moskvadan Türkiyəyə aviareyslər 30 faiz bahalaşıb. Avtomobil qiymətləri 17 faiz, elektron mallar isə 15 faiz artıb. Qiymətlərin hər gün artmaqda davam etdiyi Rusiyada işçilərin və pensiyaçıların maaşları özlərini idarə etməyə çatmır. Rusiya xalqını gündəlik həyatda narahat edən başqa bir məsələ dərmanlardır.
 
Qərbdəki dərman istehsalçıları ilə əlaqələrin kəsilməsi səbəbindən daşımalar dayanıb. Xüsusilə şəkər xəstələri üçün həyati vacib məhsul olan insulin artıq anbarda tükənib.
 
Rusiyanı tərk edəcəklərini açıqlayan Qərb brendlərinin mağazalarında növbələr yaranıb. İnsanlar bu mağazalar bağlanana qədər nə tapırlarsa, almağa çalışırlar. Xüsusilə sanksiyalardan əvvəl idxal edilən yüksək texnologiyalı məhsullar tükənir. Tez-tez alış-veriş mərkəzlərində smartfonlar, televizorlar və bu kimi elektron mallar üçün növbələrə rast gəlinir. Alıcılıq qabiliyyəti aşağı düşmüş çoxlu sayda Rusiya vətəndaşı Qərb şirkətlərinin geri çəkilməsi ilə işlərini itirmək riski ilə də üzləşib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik