Rusiyanın 47 ildən sonra göndərdiyi kosmik gəmi Aya çatdı

Rusiyanın 47 ildən sonra göndərdiyi kosmik gəmi Aya çatdı
DÜNYA
11:33 17.08.2023
183
Rusiyanın "Luna-25” kosmik gəmisi Ayın orbitinə çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın "Luna-25” kosmik gəmisinin Ayın orbitinə daxil olduğu bildirilir.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan "Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb. "Luna-25”in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

"Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən "Vostochnıy” kosmodromundan "Soyuz 2.1b” raketi ilə buraxılıb.

Gülay
OXŞAR XƏBƏRLƏR