Rusiyanın "Aeroflot" şirkəti Moskva-Tehran reyslərini ləğv edib

DÜNYA
20:36 02.10.2024
229
Rusiyanın "Aeroflot" şirkəti oktyabrın 2-də Moskva-Tehran marşrutu üzrə SU514 reysini ləğv edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə operatorun mətbuat xidmətinin "Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, eləcə də oktyabrın 3-də Tehran-Moskva istiqamətində SU515 geri reysi ləğv olunub.

Aviaşirkətdən bildirilib ki, Moskva-Tehran-Moskva reysinin ləğv olunmasına səbəb İranın hava limanının bağlanması olub.
OXŞAR XƏBƏRLƏR