Rusiyanın 47 ildən sonra ilk Ay missiyası olan "Luna-25” kosmik gəmisi idarəetmədən çıxaraq Ayın səthinə çırpılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Roskosmos” məlumat yayıb. Rusiyanın Federal Kosmik Agentliyi (Roskosmos) kosmik gəminin əvvəlcədən müəyyən edilmiş orbiti tərk etdiyini bildirib. Nəticədə "Luna-25" kosmik gəmisi Ayla toqquşub.
Aya səyahət missiyasının uğursuzluğu Rusiyanın kosmik gücünün azalması kimi şərh edilib.
Şəbnəm