“Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması göstərişini mən vermişəm”

“Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması göstərişini mən vermişəm”
SİYASƏT
15:27 29.12.2024
463
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı jurnalistin "Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?” sualını da cavablayıb. 

"Bu göstərişi mən vermişəm və bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna "kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o "kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o "kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”-, deyə Prezident qeyd edib. 

Dövlət başçısı xatırladıb ki, AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırıb: "Müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı