Rusiyanın bu bölgəsində xəbərdarlıq – 15 minə yaxın rusiyalı…

Rusiyanın bu bölgəsində xəbərdarlıq – 15 minə yaxın rusiyalı…
DÜNYA
11:57 14.12.2022
320
Rusiyanın İrkutsk qubernatoru Kobzev Bratskda yüksək hazırlıq rejiminin tətbiq edildiyini açıqlayıb.

AZXEBER.COM İrkutsk vilayətinin Bratsk şəhərində istilik magistralında baş vermiş qəza ilə əlaqədar əhaliyə ciddi xəbərdarlıq edilib.

Bu barədə Rusiya vilayətinin rəhbəri İqor Kobzev "Telegram” kanalında məlumat verib. O, qəza tam aradan qaldırılana qədər belə bir rejimin fəaliyyət göstərəcəyini bildirib. 

Qeyd edək ki, Bratskda Lenin prospektində kommunal qəza dekabrın 14-də səhər saatlarında baş verib. Boruların qırılması 15 minə yaxın rusiyalını və sosial müəssisələr də daxil olmaqla 83 obyekti istiliksiz qoyub. Hazırda şəhərdə havanın temperaturu mənfi 24 dərəcəyə çatır.

Aydın
OXŞAR XƏBƏRLƏR