Rusiyanın bu ərazisində fövqəladə vəziyyət elan ediləcək
DÜNYA
03:52 09.07.2026
250
Rusiya regionu hökuməti cümə günü, 10 iyuldan etibarən Yakutiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan ediləcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda respublika başçısı Aysen Nikolayev açıqlama verib.
O qeyd edib ki, regionda hökm sürən isti hava şəraiti meşə yanğınları vəziyyətini daha da ağırlaşdırır.
Onun sözlərinə görə, Yakutiyanın mərkəzində temperatur 35-36 dərəcəyə çatır.
"Eyni zamanda, gözlənilən temperatur enişi güclü külək və ildırımla müşayiət oluna bilər ki, bu da yeni yanğınların başlaması və mövcud yanğınların yayılması üçün əlavə risklər yarada bilər”, - Nikolayev xəbərdarlıq edib.