Rusiyanın Komi muxtar respublikasının "buz şəhəri” Vorkutadan 14 kilometr qərbdə yerləşən Zapolyarnı tərk edilmiş şəhər təəssüratı yaradır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 1955-ci ildə əsası qoyulmuş şəhər tipli Vorkuta şəhəri kömür mədəninin işə düşməsi ilə sürətlə böyüyüb və Sovet İttifaqı dövründə əhalisi təxminən 10 min nəfərə çatıb.
Lakin təbii qazdan geniş istifadə ilə qlobal tələbat artıb və təbii qaz ehtiyatları ilə zəngin olan Rusiya bu sahədə dünya lideri olub.
Bu vəziyyət kömürə tələbatın azalmasına və kömür əsaslı sənayesi olan şəhərlərin köç etməsinə səbəb olub.
Zapolyarnıdakı kömür mədəninin bağlanması ilə şəhərdə yaşayan işçilər və onların ailələri başqa rayonlara köçməli olublar.
Bölgənin sərt arktik iqlimində tikilmiş ictimai yaşayış binası tipli evlərin bacalarından artıq tüstü çıxmır və binalar buzla örtülüb.
Ayşən