Rusiyanın "Dinamo" futbol komandasına müvəqqəti baş məşqçi təyin olunub.
Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rolan Qusev mövsümün sonunadək bu vəzifəni icra edəcək.
47 yaşlı mütəxəssis bu gün istefaya göndərilmiş baş məşqçi Martsel Liçkanı əvəzləyib.
Qeyd edək ki, "Dinamo" Rusiya Premyer Liqasında 26 turdan sonra 47 xalla beşinci pillədə qərarlaşıb.
\report