Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
DÜNYA
11:31 12.07.2025
208
İyulun 12-nə keçən gecə Rusiya qoşunları kamikadze pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərdən istifadə etməklə Ukrayna ərazisinə zərbələr endirib.

AZXEBER.COM xəbər verir ki, hücumun episentrlərindən biri Çernovtsı vilayəti olub.

Rəsmi məlumatlara görə, bölgəyə dörd "Şahed” PUA və bir raket atılıb. Zərbələr nəticəsində 3 ünvanda artıq söndürülmüş yanğın baş verib. İnzibati binalara, yaşayış binalarına, iki istifadəsiz binaya və avtomobillərə ziyan dəyib. Son məlumatlara görə 2 nəfər ölüb, 4 nəfər ağır, daha 10 nəfər isə yüngül yaralanıb.

Lvovda Lvov Politexnik Milli Universitetinin 3 binası zərbələrə məruz qalıb. Ən ciddi ziyan Jeleznodorojnı və Qalitski rayonlarında qeydə alınıb: 46 yaşayış binası zədələnib, 500-dən çox pəncərə sınıb, 15 mənzil yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bundan əlavə, 20 avtomobil, şəhər məhkəməsinin binası, 20 kiçik və orta sahibkarlıq obyektinə ziyan dəyib. 1 nəfər xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.
 
\"Report” 
OXŞAR XƏBƏRLƏR