Rusiyanın gizli planı ortaya çıxdı: 2030-cu ilə qədər…

Rusiyanın gizli planı ortaya çıxdı: 2030-cu ilə qədər…
DÜNYA
13:19 22.02.2023
331
Rusiya prezidenti Vladimir Putin dünən paytaxt Moskvada parlament üzvləri və əsgərlər qarşısında çıxış edib. 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın müharibədən əvvəl silah sövdələşmələri üçün Qərblə əlaqə saxladığını iddia edən Putin Rusiyanın öz maraqlarını və mövqeyini qorumağa davam edəcəyini bildirib.

Digər tərəfdən, Rusiyanın Belarusla bağlı planlarının sızdırıldığı iddia edilir. Sızdırılan psənədlərində iddia edilir ki, Moskva Belarusu 2030-cu ilə qədər Rusiya Federasiyasına birləşdirməyi planlaşdırır.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2018-ci ildə yaradılan hökumət bölməsi olan Rusiya Rəyasət Heyətinin Sərhədlərarası Əməkdaşlıq Müdirliyi tərəfindən hazırlanan sənədlər "Yahoo! News” və Almaniyanın "Sueddeutsche Zeitung” qəzeti tərəfindən əldə edilib.

Sənədlərdə Belarusu ilhaq etmək və "tarixi Rusiyanın bir parçasını bərpa etmək” üçün qısa, orta və uzunmüddətli üç mümkün yanaşma göstərilib.

Ortamüddətli plan Belarusun rəsmi olaraq 2025-ci ildə Rusiyanın tərkibinə daxil olmasını nəzərdə tutur, uzunmüddətli planda isə 2023-cü ilə qədər 7 illik müddət nəzərdə tutulur. Digər tərəfdən, Belarus prezidenti Aleksandr Lukaşenkonun 100-150 min nəfərlik könüllülərdən ibarət quru ordusunun yaradılmasına göstəriş verdiyi bildirilib.

Aydın
OXŞAR XƏBƏRLƏR