Rusiyanın “İsgəndər”ləri Qarabağda vəziyyəti dəyişə bilərmi? - TƏHLİL

Rusiyanın “İsgəndər”ləri Qarabağda vəziyyəti dəyişə bilərmi? - TƏHLİL
Redaktorun Seçdikləri
12:16 23.09.2016
3293
"Yeni müsavat" qəzeti Ermənistanın formal müstəqillik günündə keçirdiyi hərbi paradla bağlı təhlil yazısı hazırlayıb.
 
AZXEBER.COM həmin yazını təqdim edir:
 
Ermənistanın formal müstəqillik günündə keçirdiyi hərbi parad söz yox ki, iki əsas hədəfə hesablanmışdı: aprel hərbi uğursuzluğundan sonra orduda və cəmiyyətdə yaranmış ruh düşkünlüyü sindromunu aradan qaldırmaq və guya Azərbaycana "əzələ nümayiş” etdirmək. Lakin bu hədəflərin heç birinə nail olunmadı.
 
Ona görə ki, parada çıxarılan müasir hərbi texnikanın əksəri Ermənistanda dislokasiya olunan Rusiya hərbi qruplaşmasına məxsus idi. Yəni bir növ Rusiya ilə şərikli hərbi parad idi. Söhbət xüsusən də son günlər ciddi müzakirə predmetinə çevrilmiş və Azərbaycanla Ermənistan arasında hərbi balansa təsir etmək gücündə olan "İsgəndər-M” operativ-taktiki raket sistemlərindən gedir. Bu sistemlərin məhz Ermənistan silahlı qüvvələrinə məxsus olması haqda yayılan informasiyalar öz təsdiqini, hər halda, tapmayıb - nə rəsmi, nə də ekspertlər səviyyəsində. Rusiyanın Bakıdakı səfirliyi axar.az-ın sorğusuna cavabında məsələyə yalnız Rusiya Xarici İşlər Nazirliyinin aydınlıq gətirə biləcəyini bildirib.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə İrəvanda nümayiş olunan "İsgəndər” raket sisteminin "İsgəndər-M” olması barədə yayılan qeyri-səhih məlumatın ancaq Rusiya Müdafiə Nazirliyi tərəfindən cavablandırılmalı olduğunu deyib. Bu üzdən də məsələ müzakirələr formasında davam edir.
 
***
 
"Əgər Rusiya Ermənistanın balansına ”İsgəndər-M" hərbi-raket sistemlərini verməyə risk edibsə də, nəzərə almaq lazımdır ki, cəmi bir divizion "İsgəndər-M” Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki qüvvələr nisbətini dəyişə bilməz". Bu barədə Moskvadakı "Şimal-Cənub” Siyasi Mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev mediaya müsahibəsində deyib.
 
 
 
Onun sözlərinə görə, hətta həmin raket sistemləri Ermənistan verilsə belə, dəqiqdir ki, bunu Rusiya şərtlə edəcək: "Yəni bu sistemlər Azərbaycanın konstitusion ərazisi olan Dağlıq Qarabağda istifadə edilə bilməz. Necə ki, aprel eskalasiyası zamanı Ermənistan ”İsgəndər"lə analogiya təşkil edən "Toçka-U” komplekslərindən istifadə eləməyib, hərçənd ciddi uğursuzluğa uğramışdı".
 
Ekspert "İsgəndər-M”lə bağlı daha bir mümkün texniki nüansa diqqət yönəldir: "Bu sistemlər çox ciddi kompüter başlıqlarına malikdir və hətta Ermənistana veriləcəyi təqdirdə belə, ora müəyyən koordinatlar daxil edilə bilər - hansı koordinatlar üzrə ki, raketlər, sadəcə, uçmayacaq. Misal üçün, Rusiya və Azərbaycan ərazilərinə uçmaya bilər”.
 
Rusiyalı analitik bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən yalnız ikisinin - Belarusun və Ermənistanın ərazisində "İsgəndər-M” raket kompleksləri var: "Özü də həm Minsk, həm də İrəvan danışıqlar aparmışdı ki, bu komplekslər onların ölkəsini silahlı qüvvələrinin tərkibində olsun. Belarusla bağlı Moskva yalnız bu komplekslərin birləşmiş qruplaşmanın tərkibində olmasına razılıq verib. Son illər ”İsgəndər"lər müntəzəm şəkildə Qələbə günü münasibətilə Minskdəki paradlarda görünüb. Ancaq hamı bilirdi ki, bu hərbi texnikanı rusiyalı hərbçilər idarə edir. Ermənistan nümunəsində də situasiya analoji şəkildə ola bilər".
 


Ekspert İrəvandakı hərbi paradda "İsgəndər”lərin Rusiyanın razılığı ilə nümayiş etdirilməsini mümkün saydığını deyib: "Rusiya ilə Ermənistan arasında birləşmiş hərbi qruplaşma yarılması haqda çoxsaylı anlaşmalar mövcuddur. Bu anlaşmalar çərçivəsində də Moskva kompromisə gedə və İrəvandakı paradda ”İsgəndər"lərin nümayişinə icazə verə bilərdi". Başqa yandan, onun sözlərinə görə, Rusiya bu jesti Ermənistanı daha da sakitləşdirmək üçün edə bilərdi: "Söhbət Ermənistan hərbçilərindən getmir, ictimaiyyətə jestdən gedir - hansı toplum ki, görünür, bu texnikanın İrəvandakı paradda olmasından eyforiya keçirib. "Rusiya belə raket sistemlərini özünün Cənubi Qafqazdakı Gümrü hərbi bazasında yerləşdirməsinə geosiyasi ehtiyac duyur. Ancaq həmin komplekslərin Ermənistanın tabeçiliyində olması ilə Ermənistanda yerləşib Rusiyanın tabeçiliyində olması arasında böyük fərq var. Nəzərə alsaq ki, nə Moskva, nə də Ermənistan tərəfdən ”İsgəndər"lərin erməni silahlı qüvvələrinə verilməsi haqda rəsmi açıqlama olmayıb, o zaman belə hesab eləmək olar ki, bu silahlar indi də Rusiya Müdafiə Nazirliyinin balansındadır", - deyə politoloq qeyd edib. "Bu komplekslərə Ermənistan silahlı qüvvələrinin nişanları yapışdırıla və paradda erməni hərbçiləri tərəfindən idarə oluna bilər. Lakin bununla situasiya dəyişmir. Rusiya çətin ki, belə yüksək texnologiyalı silahı öz müttəfiqinə versin - o müttəfiq ki, Rusiyanın başqa bir müttəfiqi ilə münaqişədədir. Moskva bu kompleksləri Ermənistanın şəriksiz istifadəsinə verə bilməzdi. Ancaq əgər həmin silahlar birləşmiş qruplaşmanın tərkibinə daxildirsə, o zaman erməni ekipajı onlarda məşq edə, təlimlər keçə bilər, amma onlardan istifadə yalnız Moskvanın əmri əsasında mümkündür” - sonda ekspert əlavə edib.
 
*** Göründüyü kimi, işğalçı tərəfin sevinməsinə ciddi əsaslar gözə dəymir. Əslində 21 sentyabr paradı ilə düşmən ölkə bir daha Azərbaycanla silahlanma yarışında heç vaxt ayaqlaşa bilməyəcəyini ortaya qoymuş oldu. Daha bir mühüm nəticə: növbəti dəfə aydın oldu ki, Ermənistanın arxasında hər mənada Rusiya dayanmasa, o, ərazilərimizi bircə həftə də işğalda saxlaya bilməz və Azərbaycan Ordusu ən qısa zamanda təcavüzkarı layiqincə cəzalandırar. Bu mənada Ermənistanın eyni vaxtda Azərbaycanın işğal altındakı ərazisində, Ağdamda təlimlər keçirməsi də ona kömək etməyəcək. Yeri gəlmişkən, həmin qanunsuz təlimləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov kövrək sülh danışıqlarını pozmağa yönəlik növbəti ciddi təxribat adlandırıb. XİN başçısı bunu BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşündə deyib. Görüşdə Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafı və ATƏT-in gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Baş katib Lamberto Zanier ATƏT-in Azərbaycanla praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib. Nazir də Azərbaycanın praktik əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırıb. Ardınca o, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Azərbaycanın mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazır olduğunu bildirib və Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü vurğulayıb.
 
Məmmədyarov xüsusi qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər məhz danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır. Təəssüf ki, Ermənistanın işğal altındakı ərazilərimizdə növbəti belə təxribatına hələ ki ATƏT-in Minsk Qrupu həmsədrlərindən heç bir etiraz gəlməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR