Rusiyanın Kiyevə hücumları şəhəri susuz və işıqsız qoyub

Rusiyanın Kiyevə hücumları şəhəri susuz və işıqsız qoyub
DÜNYA
15:38 02.11.2022
234
Rusiyanın Ukraynaya endirdiyi hava zərbələrindən sonra paytaxt Kiyev çətin günlər yaşayır.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu hücumlardan sonra paytaxtda elektrik infrastrukturunun 40 faizi, su ehtiyatlarının isə 80 faizi zədələnib. Putin bu hücumlarla Ukraynanı müharibədə təslim olmağa məcbur edir.
 
Rusiya-Ukrayna müharibəsində 8 ay geridə qaldığı halda, mülki həyat demək olar ki, yox olmaq üzrədir. Putinin son günlər paytaxt Kiyevi pilotsuz təyyarələr və raketlərlə bombalamasından sonra şəhərin infrastrukturu tamamilə məhv olmağa çox yaxınlaşıb. Şəhər yaxın günlər üçün daha pis ssenarilərə hazırlaşır.
 
Kiyev meri Vitali Kliçko şəhərə hücumlara qarşı müxtəlif ssenarilərin nəzərdən keçirildiyini və "Onların ən pisi elektrik enerjisinin, suyun və ya mərkəzi istilik sisteminin olmadığı yerdir" ifadəsini izah edib. Kliçko bu ehtimala qarşı şəhərdə 1000-dən çox istiləşmə nöqtəsi hazırladıqlarını bildirib.
 
Kliçko şəhərdə 300 minə yaxın evin elektrik enerjisi ilə təmin oluna bilmədiyini açıqlayıb və yalnız son hücumdan sonra 20 min abonentin işıqsız qaldığını bildirib. Bu yerlər generatorlarla təchiz olunacaq və su kimi ehtiyaclar üçün ehtiyatlar olacaq.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR