Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb
DÜNYA
08:52 10.07.2025
223
Gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin hava hücumu nəticəsində Kiyevdə iki nəfər həlak olub.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Təəssüf ki, iki nəfər həlak olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm", - deyə o "Telegram" hesabında yazıb.

Tkaçenko atəş nəticəsində yaralananların sayının 13 nəfərə çatdığını əlavə edib.
 
/report
OXŞAR XƏBƏRLƏR